Əlaqə Arxiv
news Image
2014.06.17
18:40
| A A A
Prezident sərəncam verdi
Dövlət başçısı qanuna dəyişikliklər barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 


Movqe.az-ın məlumatına görə, sərəncəma əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, eyni zamanda Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb.


Bundan başqa Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.


Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin etməlidir və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.


Sizin Reklam Yeriniz