Əlaqə Arxiv
news Image
2012.07.03
17:41
| A A A
ABŞ və Fransa içkili sürücülərlə mübarizə aparır
Movqe.Az xəbər verir ki, Dünyada illik hesablamalara görə yol qəzalarında bir milyon 300 min adam dünyasını dəyişir.

İçkili sükan arxasına keçərək yol qəzaları törədənlərin sıx olduğu Fransada içkili şoferlərə qarşı mübarizə aparılır.

Belə ki, bu qanunla sürücülər avtomobillərində spirt müayinəsi testi saxlamaq məcburiyyətindədirlər.

Şoferlər spirt səviyyələrindən şübhələndikləri zaman testi tətbiq edəcəklər.

Avtomobillərində spirt müayinə testi saxlamayan sürücülər pul cəzası ödəyəcək.

Amerika Birləşmiş Ştatlarında isə şoferlər ümumi ayaqyollarında qoyulan bir cihazla xəbərdar edilir.

Ayaqyolundan istifadə edən sürücüyə bir səs qeydi vasitəsilə, "əgər içkilisənsə sükan arxasına keçmə" xatırlatması edilir.

Hələlik Miçiqan əyalətində və yalnız kişilərin ayaqyollarında istifadə olunan tətbiqin ölkə daxilində bütün şoferləri əhatə edəcək şəkildə yayılması planlaşdırılır.

Sizin Reklam Yeriniz