Əlaqə Arxiv
news Image
2014.06.18
12:04
| A A A
“Aqşinə qızına görə həmişə əl uzatmışam” – Aysel Əlizadə

Hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunan gənc şair Aqşin Yeniseyin ANS-ə verdiyi müsahibə geniş rezonansa səbəb olmaqla yanaşı, bir sıra başqa məqamların da üstünü açmış oldu. 

Müsahibənin ən təsirli məqamı isə bir qız, bir oğul atası olan şairin qızından imtina etməsiydi. 

AzNews.az məsələ ilə bağlı Aqşin Yeniseyin qızının anası, keçmiş həyat yoldaşı Aysel Əlizadənin mövqeyini öyrənib. 


-Aysel xanım, keçmiş həyat yoldaşınız Aqşin Yenisey Mirşahinə verdiyi müsahibədə bildirib ki, mənim bir oğlum var. Amma bəllidir ki, sizin onunla nikahınızdan bir qız övladınız var, 5-6 yaşlarında… 

-Hər şey göz önündədir, açıqdır. Mən nə deyə bilərəm ki? O ki qaldı qızımın yaşına, hazırda dörd yaş beş aylıqdır. Özünüz demişkən, bir-iki aylıq uşaq olmur. Uşaq ya bir aylıq olur, ya iki. 

Bilirsiniz, yarımçıq valideyn olmur. Valideyn ya olur, ya yox. Mən belə absurd şeylərə nə fikir bildirə bilərəm? 


-Qızınız atasının həmin müsahibəsini gördü? 

-Yox. 


-Doğrudanmı, onu ilk olaraq xəstəxanaya siz aparmışdınız? 

-Bəli. 


-Ondan sonra yanına getmisiniz? 

-Əlbəttə. 


-Son dəfə nə vaxt? 

-İstanbulda kitab təqdimatım olacaqdı. Səhər ertədən yola çıxırdım. Öncə ona baş çəkdim. Yəni gedəcəyim günün axşamı. 


-Bəs həmin müsahibədən sonra ona baş çəkmisiniz? 

-Yox. 


-Qızını dandığına görə, yoxsa başqa səbəb də var? 

-Məncə qızı ilə bağlı məsələni özündən öyrənsəniz, daha yaxşı olar. 


-Amma bu sualımın birbaşa sizə aidiyyəti var. Soruşdum ki, yəni ona bir daha baş çəkməməklə bağlı qərarınıza səbəb nədir? 

-Düşünürəm ki, bacardığımı elədim. O, ailəli adamdı. Mənim onunla bağlı heç bir öhdəliyim yoxdur. Bircə qızına görə ona həmişə əlimi uzatmışam. Qızına qarşı da belə edirsə, bizi daha nə birləşdirə bilər? Heç nə! Amma istəyirəm hər kəs məni doğru anlasın. Bu mövzuda danışmağı özümə ayıb bilirəm. Sadəcə hiss elədim ki, sizi də silkələyib bu hadisə. Ona görə cavab verdim. 


-Təşəkkür edirəm…(sözümü kəsir) 

-Bilirsiniz, mən doğrudan da deməyə söz tapmıram. Deyirəm bəlkə, adamın ağlı çaşıb, yaddaşı qarışıb xəstəlikdən. 


-Allah köməyi olsun. 

-Olsun. Amma bu qədər günahla…çətin. 

Sizin Reklam Yeriniz