Əlaqə Arxiv
news Image
2012.04.07
12:06
| A A A
Prezident Azərbaycanın Suriya ilə bağlı mövqeyini açıqladı
"Suriyadakı vəziyyətlə bağlı bizim kifayət qədər açıq və birmənalı mövqeyimiz var"

Çexiyada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkənin prezidenti Vatslav Klausla birgə mətbuat konfransı keçirib. Konfransda hər iki ölkənin dövlət başçısı birgə bəyanatlarla çıxış ediblər. Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.

Konfransda "Pravo" qəzetinin müxbiri hər iki prezidentə, xüsusilə dövlət başçısı İlham Əliyevə Suriya məsələsi ilə bağlı mövqeyinin nədən ibarət olduğunu öyrənmək istəyib.

Bu məsələnin müzakirə edildiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, söhbət əsnasında tərəflər beynəlxalq məsələlərə geniş şəkildə toxunub: "Suriyadakı vəziyyətlə bağlı bizim kifayət qədər açıq birmənalı mövqeyimiz var. Bu mövqe BMT Təhlükəsizlik Şurasındakı səsvermə zamanı da ifadə edilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yeni üzvü kimi Ərəb Liqasının təkliflərini birmənalı şəkildə dəstəklənib Suriya ilə bağlı qətnamənin qəbul edilməsində fəal rol oynayıb. Eyni zamanda, biz bəyan etmişdik ki, Kofi Annan planını dəstəkləyirik bu dəstək çox genişdir. Ümid edirik ki, Suriyadakı vəziyyət tezliklə tənzimlənəcək günahsız insanların qırılması dayandırılacaq".


Sizin Reklam Yeriniz