Əlaqə Arxiv
news Image
2012.07.03
18:06
| A A A
Ayaq üstə çox durmayın!

Movqe.Az bildirir ki, Hollandiyada 2002-2006 illər ərzində 4 min 680 hamilə qadın üzərində aparılan araşdırmada məlum olub ki, uzun müddət ayaq üstə dayanan ana qarnındakı körpənin inkişafını ləngidə bilər.

Tədqiqatçılar işdə uzun müddət ayaqda dayanan hamilələrin körpələrinin başlarının normaldan bir santimetr daha kiçik olduğunu söyləyiblər.

Tədqiqat qrupunun rəhbəri Prof. Aleks Burdorf əvvəllər də ayaq üstə çox dayanan qadınların doğum zamanına və doğulacaq körpənin ağırlığına təsir etdiyini göstərən araşdırmalar aparıldığını bildirərək bunları söyləyib:

"Uzun müddət ayaq üstə dayanan qadınların körpələrinin başlarının normala görə daha kiçik olması bizi təəccübləndirməyib. Bizim üçün sevindirici olan bu ölçünün aşağı olmasıdır. Çünki bu körpələrin başı normal doğumdakılarla müqayisədə üç faiz kiçikdir."

Sizin Reklam Yeriniz