Əlaqə Arxiv
news Image
2014.06.18
18:35
| A A A
İşlə bağlı 1149 müəllim Təhsil Nazirliyinə müraciət edib

Ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başa çatıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, yerdəyişmə üçün müraciət etmiş 1149 müəllimdən 771 nəfərinin ərizəsi təsdiqlənərək müsabiqəyə buraxılıb. Müsabiqə iyunun 17-dən 23-dək keçiriləcək. Bildirilib ki, iyunun 17-də Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə iş yerini dəyişmək istəyən müəllimlər üçün müsabiqə keçirilib. Müsabiqənin birinci mərhələsində müəllimlərin ixtisas üzrə bilik və bacarıqları, metodiki bilikləri, ikinci mərhələdə isə təhsil sahəsində məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilib. Birinci mərhələdə iştirak etmiş 57 namizəddən 24-ü ikinci mərhələyə buraxılıb. İki mərhələnin nəticəsinə görə, ən yüksək bal toplamış 13 müəllim seçdiyi vakant yerə iş yerini dəyişmək hüququ qazanıb. İyunun 18-də ibtidai sinif, iyunun 19-da ingilis dili və informatika, iyunun 20-də biologiya, coğrafiya, kimya, iyunun 21-də fizika, tarix, iyunun 23-də riyaziyyat, rus dili, alman dili, əmək hazırlığı (texnologiya), fiziki tərbiyə, musiqi, təsviri incəsənət müəllimləri üçün yerdəyişmə üzrə müsabiqə keçiriləcək.

Sizin Reklam Yeriniz