Əlaqə Arxiv
news Image
2012.07.04
09:00
| A A A
“Çinlilərin və hindistanlıların ölkəmizə axını güclənə bilər”
“Qız uşaqlarının sayının azalması nəticəsində gələcəkdə ən azı 20 min yad dildə danışan, yad düşüncəyə malik gəlinlərin gətirilməsinə məcbur olacağıq”

"Mən Milli Məclisin iclaslarının birində çıxışımda dedim ki, əgər biz demoqrafik prosesləri tənzimləməsək, 20 ildən sonra Azərbaycanda hər il evlənən 100 min cütlüyün ən azı 20 min cütlüyü başqa dildə danışanlar olacaq". Bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Gün.Az-a müsahibəsində deyib: "Bu da ondan ibarətdir ki, qız uşaqlarının sayının azalması nəticəsində gələcəkdə – təxminən 20 ildən sonra ən azı 20 min yad dildə danışan, yad mədəniyyəti daşıyan və yad düşüncəyə malik gəlinlərin gətirilməsinə məcbur olacağıq. Bu, çox ciddi bir məsələ, çox ciddi bir faktordur.

Yeri gəlmişkən, başqa yad elementlər də bizim həm mədəniyyətimizə, həm dilimizə daxil olur.

Bunun da təbii ki, demoqrafik duruma müxtəlif təsirləri var. Amma demoqrafik cəhətdən bir məsələyə də ciddi diqqət olunmalıdır. Azərbaycan ildən-ilə varlanan bir ölkədir. Əhalinin sosial durumu yüksələn, artan bir ölkədir və Şərqdə, xüsusilə, Çindir, Koreyadır (Şimali Koreyadan söhbət gedir) Hindistandır, ola bilsin Cənub-Şərq ölkələridir ki, orada işçi qüvvəsinin artıqlığı çoxdur. Bunların vətəndaşları Azərbaycanda ən az maaşa işləməyə razıdırlar.

Ayda, məsələn, 100 manata, 120 manata, 150 manata, ən az maaşa gəlib işləyənlər var. Hansı ki, o iş yerlərinə azərbaycanlılar getmirlər, ona ehtiyacı yoxdur. Bu da gələcəkdə müəyyən demoqrafik proseslərə əngəl törədə bilər. Xüsusilə, çinlilərin və hindistanlıların axınına gətirib çıxara bilər. Bunu da yəqin ki, müvafiq orqanlar düşünürlər və nəzarətdə saxlayırlar".

Sizin Reklam Yeriniz