Əlaqə Arxiv
news Image
2014.06.20
11:08
| A A A
Cəbhə xəttində atəşkəs 41 dəfə pozulub

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.


Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Qarşı tərəf cavab atəşi ilə susdurulub

Sizin Reklam Yeriniz