Aydın Əhmədov: "Müəllimlər çox vaxt diaqnostik qiymətləndirməyə üstünlük vermirlər"
Bu gün Şəkidə Fənn kurikulumunun tətbiqi -müvəffəqiyyət və
perespektivlər movzusunda tıdbir keçirilib. Movqe.az xəbər verir
ki,tədbirdə təhsildə yeni yanaşmalar mövzusunda təhsil eksperti
Asif Cahangirovun və təlimçilərin təqdimatları dinlənilib.
Kurikulum islahatlarına dair müzakirələr aparılıb. Təqdimat və
müzakirələrdə Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz rayonlarının
təhsil şöbə müdirləri, müəllimlər, metodiki kabinet rəhbərləri,
valideynlər, Azərbaycan Müəllimlər İnstitutunun Şəki və Zaqatala
filiallarının tələbələri, təhsil ekspertləri və təlimçilər iştirak
ediblər. Tədbirdə çıxış edən Nazirliyin Məktəbəqədər və ümumtəhsil
şöbəsinin müdiri Aydın Əhmədov bildirdi ki, təhsildə
qiymətləndirmədən danışaraq diaqnostik qiymətləndirmənin vacib
olduğunu söylədi: "Təhsildə diaqnostik qiymətləndirmə çox vaxt
kənarda qalır. Bizim müəllimlər çox vaxt diaqnostik
qiymətləndirməyə üstünlük vermirlər. Halbuki, təhsildə olan üç
qiymıtlındrimə üsulu olan formativ, sumativ və diaqnostik
qiymətləndirmənin ən vacibi diaqnostik qiymətləndirmdir ki,
müəllimlər buna daha çox fikir verməlidirlər".
A. Əhmədov bildirib ki, diaqnostik qiymətləndirmə sinifin ümumi mənzərəsini, bilik səviyyəsini açıq şəkildə göstərməyə imkan verir. Tədbirdə çıxış edən Nazirliyin sektor müdiri Cəsarət Valehov isə tədbirin əsas məqsədinin dialoq mühitinin yaradılması, kurikulumla bağlı meydana çıxan problemlərin həlli yollarının müzakirə edilməsini söylədi.
Tədbir müəllim və şagirdlərin diskusiyası ilə davam edir.