Əlaqə Arxiv
news Image
2014.06.20
15:00
| A A A
Oqtay Əsədov Milli Məclisdə sərt danışdı

"Türk diplomatına qarşı İraqda atılan bu addım Azərbaycan diplomatına qarşı da atıla bilər. Ona görə də biz də Türkiyəyə dəstək olmalıyıq". 

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin növbədənkənar iclasında millət vəkili Səyavuş Novruzov deyib. 


Deputat NATO PA-nın Bakıda keçirilən seminarına da toxunub. O, bildirib ki, NATO PA-nın seminarında iştirak edən erməni deputatlar Azərbaycandakı müxalifət partıyalarından, bəzi QHT-lərdən Azərbaycan haqqında mənfi fikirlər alırdılar və onu bizə qarşı çıxışlarında söyləyirdilər. 


"Onların qarşısı alınmalıdır. Ayrı-ayrı müxalifət partiyaları maliyyələşdirilir". 


Milli Məclisin sədri Oqyat Əsədov isə müharibə şəraitində olduğumuzu xatırladaraq milli maraqlarımızı dəstəkləməyənlərin çox olduğunu söyləyib: ""Azərbaycan əsgərləri erməni snayperlərindən ölmür" ifadəsini NATO seminarında demək Azərbaycan xalqına qarşı təhqirdir".


Qeyd edək ki, bu sözləri seminarda Leyla Yunus səsləndirib.

Sizin Reklam Yeriniz