Əlaqə Arxiv
news Image
2014.06.20
17:00
| A A A
Qaçqın sayı 50 milyonu keçdi!

Birləşmiş Millətlər Təşkilatı qaçqın sayının 50 milyonu aşdığını elan edib. Birləşmiş Millətlər Mühacirləri Ali Komissarlığı 50 milyonu aşan qaçqın sayının 2. Dünya Müharibəsindən bu yana ən yüksək səviyyəyə çıxdığı xəbərdarlığını edib. 


Nümayiş olunan hesabatda, 2013-cü il vətəndaş müharibələri, qarşıdurmalar və şiddət hadisələri səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalanların sayının ötən ilə nisbətlə 6 milyon artaraq 51,2 milyona yüksəldiyi deyilib.


Xüsusilə Suriya, Mərkəzi Afrika Respublikası və Cənubi Sudandakı qarşıdurmaların, qaçqın sayının artmasında əhəmiyyətli bir faktor olduğuna işarə edilən hesabatda, yalnız Suriyada üç ilə yaxın müddətdir davam edən vətəndaş müharibəsi səbəbiylə 6,5 milyon nəfərin evlərini tərk etdiyinə diqqət çəkilib.

Sizin Reklam Yeriniz