Əlaqə Arxiv
news Image
2014.06.20
19:03
| A A A
Azərbaycanda tələbə rektor oldu

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) növbəti "Tələbə rektor" layihəsi həyata keçirilib.

 

Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səsvermə yolu ilə seçilmiş "Uçot-iqtisad" fakültəsinin III kurs tələbəsi Suliddin Bağırov bir iş günü ərzində universitetin rektoru ilə birgə onun fəaliyyətini icra edib.



Rektorla birgə iş gününə başlayan "Tələbə rektor" əvvəlcədən tələbələrin təhsili və həyatı ilə bağlı mövcud vəziyyəti təhlil edərək, konkret problemləri müəyyənləşdirib. Onları sistemləşdirərək hazırladığı təklif və tövsiyyələr paketini rektora təqdim edib.



Daha sonra rektorla "tələbə rektor" birgə görüşlər keçirib, müzakirələr aparıblar.



Bir günlük rektor universitet rektoru ilə bir yerdə ali təhsil ocağının əməkdaşlarını da qəbul edib.



Qeyd edək ki, layihənin məqsədi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafı, yeni demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır.

Sizin Reklam Yeriniz