Əlaqə Arxiv
news Image
2014.06.21
11:09
| A A A
45 yaşlı Qarabağ əlili maşında yaşayır (VİDEO)
3 ildir ki, həyatını bu maşında keçirən Gülhəsən Kərimovun bəxti heç də adına uyğun deyil. 

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Gülhəsən Kərimov elə yeniyetmə dövründən enişli-yoxuşlu taleyilə mübarizə aparmağa başlayıb. Nə yazıq ki, bugünkü vəziyyəti onun məğlubiyyətinə sübutdur. O, danışıq qabiliyyətini itirdiyi üçün heç bir cümləsini tamamlaya bilmirdi. Ancaq ona kömək edən qonşuların dediyinə görə, vaxtilə Gülhəsən anasını söydüyü üçün öz doğma qardaşını öldürüb. Və bu səbəbdən həyatının çox hissəsini dəmir barmaqlıqlar arasında keçirməli olub. Həbsdən sonra isə cəmiyyətə adaptasiya problemi onu tərk etməyib. Bir qədər tikintidə fəhlə işləsə də içkiyə qurşanan müsahibim sonda bu vəziyyətə düşüb.

Dimitri deyir ki, dəfələrlə evimə aparıb onu hər bir şəraitlə təmin etmişəm. Amma o, 2-3 gün sonra yenidən bura qayıdıb. Bir neçə dəfə də bacısı gəlib onu evlərinə aparıb. Ancaq bu da müvəqqəti xarakter daşıyıb. Qışda isə ayaqlarını don vurduğu üçün çürümə prosesi getməyə başlayıb. Qonşuların müraciətilə ayaq barmağı kəsilərək çürümənin qarşısı alınıb.

Hər halda onu tək buraxmayanlar var. O, iradəsizliyin qurbanına çevrilib. Yenə də tənhalığa və qəm ortağı olan içkiyə üstünlük verib. Amma razılaşın ki, bu vəziyyətdə Qarabağ əlilinin küçələrdə qalması da ürəkaçan hal deyil.


Sizin Reklam Yeriniz