Bu yol 10 günlük bağlanır
Bakıda daha bir mərkəzi küçə bağlanır.Movqe.az
xəbər verir ki , Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin
mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, iyun
ayının 21-dən 22-ə keçən gecə Ziya Bunyadov prospekti ilə Azadlıq
prospektinin kəsişməsindən 3-cü mikrorayon dairəsi, A.Salamzadə
küçəsi və digər istiqamətlərdə gedən köməkçi yol bağlı
olacaq.
Məhdudiyyət asfalt beton işləri ilə əlaqədardır.
Həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsini A.Salamzadə küçəsi ilə birləşdirən 3-cü tunel vasitəsilə davam etdiriləcək.
Köməkçi yolda işlər 10 gün davam edəcək.
İşlər başa çatdırıldıqdan sonra, müvəqqəti açılan tuneldə hərəkət yenidən dayandırılaraq son tamamlanma işləri yerinə yetiriləcək.