Əlaqə Arxiv
news Image
2014.06.21
22:13
| A A A
Bakıda köynək oğrusu tutuldu
Bakıda qeyri-adi oğurluq baş verib. Movqe.az xəbər verir ki , Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Nəsimi rayonu Moskva prospektində quldurluq etmiş Ağsu rayon sakini tutulub. 

İyunun 20-də Nəsimi rayonu Moskva prospektində naməlum şəxs Ağcabədi rayon sakini Kənan Tağıyevi bıçaqla hədələyib. Naməlum şəxs K.Tağıyevin köynəyini alıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağsu rayon sakini Şükran Rəhimov tutulub. 

Qeyd edək ki, bir necə həftə öncə Bakıda köynək davası qətlə səbəb olmuşdu.
Sizin Reklam Yeriniz