Əlaqə Arxiv
news Image
2014.06.22
19:06
| A A A
Somalidə jurnalist öz avtomobilində partladılaraq qətlə yetirilib

Somalidə gənc journalist Yusuf Keynan avtomobilinə quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub.Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Moqadişoda baş verib.



Partlayış Keynan avtomobilin mühərrikini işə salarkən baş verib.

Məlumata görə, Yusuf Keynan "Müstəqbal" radiostansiyasında müxbir çalışıb və çox perspektivli jurnalist hesab olunub.

Somali jurnalistlər üçün ən təhlükəli ölkə hesab olunur. Burada müntəzəm olaraq KİV nümayəndələrinə hücum törədilir.

Sizin Reklam Yeriniz