Əlaqə Arxiv
news Image
2014.06.23
10:57
| A A A
DSK sədri Arif Vəliyev vəfat etdi

Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev vəfat edib. 

DSK-dan anspress-ə verilən məlumata görə, sədr bu gecə dünyasını dəyişib. 


Məlumata görə, Arif Vəliyev uzun sürən xəstəlikdən əziyyət çəkib. 


Qeyd edək ki, Milli Məclisin bir neçə gün öncə keçirilən iclasında millət vəkilləri Dövlət Statistika Komitəsinin fəaliyyətini ciddi tənqid ediblər. 


ANS PRESS-in məlumatına görə, statistik məlumatların yanlış verilməsinə görə cərimənin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkilləri Dövlət Statistika Komitəsi rəsmi bülletenlərində böyük təhriflərə yol verildiyini bildiriblər. 


Prezident İlham Əliyevin 2013-cü il 27 iyul tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısınını sərəncamına əsasən statistika işinin təşkilində xidmətlərinə görə Arif Mikayıl oğlu Vəliyev "Şöhrət" ordeni ilə təltif edilmişdi. 


Allah rəhmət eləsin!


Sizin Reklam Yeriniz