Şeyx saqqallılar barədə danışdı
QMİ sədri kimliyi bilinməyən bu şəxslərə qarşı mübarizəyə çağırdı
"Bizdə saqqallı mollaların sayı artıb".
Movqe.az-ın məlumatına görə bunu Şeyxülislam Allahşükür Paşazadə QMİ-də təşkil olunan mərasimdə deyib.
O, qeyd edib ki, Azərbaycanda kimliyi bəlli olmayan saqqalı mollalara qarşı mübarizə aparılmalıdır.
"Bizdə o qədər saqqalı mollalar var ki, onların kim olduğunu da bilmirik. Onlar kimdir, hansı məhzəbə qulluq edirlər? Bunu öyrənmək lazımdır. Onlarla mübarizə aparacağıq. Dini komitənin də onlar barəsində məlumatı yoxdur".