Əlaqə Arxiv
news Image
2014.06.24
18:43
| A A A
Hərbçilərə ev verildi
Mənzillə təmin edilən hərbi qulluqçuların sayı 245 nəfərə çatıb

Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 32 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilib


Maliyyə Nazirliyindən Anspress-ə verilən məlumata görə, prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.


İclasda Komissiya tərəfindən mənzil növbəsinə qəbul olunmuş hərbi qulluqçulardan daha 32 nəfərin dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına dair qərar qəbul edilib.


Bununla da, bu günə qədər Komissiya tərəfindən qəbul edilmiş qərarlarlarla müvafiq mənzillər 245 hərbi qulluqçunun mülkiyyətinə verilib.


Sizin Reklam Yeriniz