Azyaşlı uşaq qaynar suda yandı
Masazır kənd sakini xəstəxanada müalicə olunur
Abşeron rayonu Masazır kəndində azyaşlı uşaq evdə qaynar sudan yanıb.
Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə iyunun 24-də qeydə alınıb.
Belə ki, Abşeron rayonu Masazır kənd sakini, azyaşlı Anar Təhməzli evdə qaynar sudan yanıb.
Uşaq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.