Əlaqə Arxiv
news Image
2014.06.25
13:00
| A A A
Masallı rayonunun Şərəfə kəndində yeni tibb məntəqəsi açılıb

Xəbər verdiyimiz kimi bu günlərdə Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Masallı rayonunun Şərəfə kəndində tibb məntəqəsinin açılış mərasimi olmuşdur.

Təntənəli   açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV,

rayonun idarə, müəssisə rəhbərləri, Dünya Bankının nümayəndələri, mətbuat işçıiəri və digər

 rəsmi şəxslər iştirak  iştirak etmişlər.


Mərasimi giriş sözü ilə açan Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Seyfullayev Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində tikilib istifadəyə verilən və 5000-dən çox əhaliyə xidmət göstərəcək birmərtəbəli və beş otaqdan ibarət səhiyyə müəssisəsinin ən müasir tibb avadanlığı ilə təmin edilməsinə regionlarda əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə kənd sakinləri adından ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirmişdir.


Yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən kənd ağsaqqallı Elşad Əsgərov, kənd ziyalısı, prezident mükafatçısı Naidə Məmmədova, AzKİL nümayəndəsi Gülbəniz Qəmbərova və başqaları kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, hər bir kənd sakinlərinə sağlam ömür arzulayaraq tibb məntəqəsinin insanların həyat və sağlamlıqlarında önəmli olacağını tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.


Bütün çıxış edənlər II Azərbaycan Kənd İnvestisiya Layihəsinin təqdirəlayiq xidmətlərindən danışmış və kənd sakinlərini təbrik etmişlər. Kənd ağsaqqaları və ziyalılar və tibb işçiləri sosial problemlərin həllində göstərilən diqqətə görə ölkə başçısına, Masallı rayon İcra hakimiyyətinə və Dünya Bankına öz minnətdarlıqlarını bildirmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV Dünya Bankının nümayəndəsi Daniel Oueni ilə birgə rəmzi lenti kəsərək tibb məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşlar.


Sonra Dünya Bankının nümayəndəsi Daniel Ouen və Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV kənd sakinlərini əlamətdar hadisə - yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlə əlaqədar təbrik etmiş, xoş günlər, kənd sakinlərinə sağlamlıq  arzulamışlar.



  Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV bu günkü məktubunda bildirir ki, m ərasimin sonunda Şərəfə kəndin bədii - özfəaliyyət kollektivinin üzvlərinin ifasında konsert proqramı təqdim edilmişdir.


Masallı rayonunun Şərəfə kəndinin əhalisi beş min nəfərdən çoxdur.Bu  kənd Bala Təklə, Çaxırlı və Binə Xocavar kəndləri ilə həmsərhəddir.Şərəfə kəndinin adının mənası

Şərəf adlı bir kişinin adından götürülərək əvvəllər Şərəfabad, sonralar isə Şərəfə kimi formalaşmışdır.


Kəndin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.Əvvəllər  Şərəfə kəndində tibb məntəqəsinin binası olmadığığşndan əhaliyə olan kəndə normal tibbi xidmət göstərmək olmurdu. Yoluxucu xəstəliklərin gündən - günə artdığı bir şəraitdə uşaqlar vaxtında və keyfiyyətli peyvənd olunmurdu, rayon mərkəzi xəstəxanasına müraciət etmək kənd sakinləri üçün böyük çətinliklər yaradırdı.İndi bu narahatçılıq daha olmayacaqdır...




Sizin Reklam Yeriniz