Əlaqə Arxiv
news Image
2014.06.25
16:56
| A A A
Azərbaycanda zorla ərə verilən 16 yaşlı qız məcburi nikahdan xilas edildi
Mehriban Zeynalova: "Oglan nişanlısını atası evində döyüb incidirmiş"

Sumqayıt şəhərində 16 yaşlı qız məcburi nikaha cəlb  olunma ilə bağlı "Təmiz Dünya" İctimai Birliyinin sığınacağına sığınıb. Bu barədə Movqe.az-a təşkilatının rəhbəri Mehriban Zeynalova məlumat verib. M. Zeynalova bildirib ki, 

iki gun bundan öncə təşkilatın sığınacağına 16 yaşlı qız müraciət edib: "16 yaşlı qızı il yarım imiş ki, nişanlayıblarmış. Oglan nişanlısını atası evində döyüb incidirmiş. Lakin ata "mən nişan qaytara bilmərəm" deyib ərə verməkdə israrlıymış. Oglan atanin bu zəif tərəfindən istifadə edib qız evinə "nişanı qaytarasanız 8 min mənə ödəməlisiniz" deyə at oynadırmış. Sıgınacaga daxil olduqdan sonra valideynlərinə qızın itikin düşmədiyi və bizim himayəmizdə oldugunu desək də, lakin onun yerini bildirməmişdik. Qız qəti şəkildə evə getməkdən imtina edirdi, çünki bir neçə müddət əvvəl eyni hadisə olub, ailə polisə düşüb və qıza nişanı qaytaracagını söz veribmiş. Lakin sözünün üstündə durmayib. Məsələyə Sumqayit polisi mudaxilə etdi, birgə iş nəticəsində ailəyə məcburi nikahin cinayət əməli oldugu və buna görə məsuliyyət daşıdıqlarını izzah etdik. Gecə saat 3-ə kimi çəkən söhbətdən sonra nəhayət ata və anaya məsələnin mahiyyətini anlada bildik.  Bu gun qızın nişanı qaytarılır. Ata və ana oglanın etdiyi hərəkətlərdən ətraflı məlumatlı olub qərarı verdilər. Bu işdə Sumqayit polisi tərəfindən göstərilən səylərə göre minnetdarlığımızı bildiririk. Məişət zorakılığının aradan qaldırlması və məcburi nikahın vaxtında qarşısının alınması yönümündə iki tərəfli əməkdaşlıq nəticəsini verdi". 

Sizin Reklam Yeriniz