Prezident hərbi formada (FOTO)
Prezident İlham Əliyev hərbi forma geyindi. Dövlət başçısı bu gün
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı
ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin
birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki
təlimini izləyib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov
Prezident, Ali Baş Komandana raport verib. Təlimlərə ümumilikdə 4
min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını,
80-ə qədər artilleriya sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş
və nəqliyyat-döyüş helikopteri cəlb edilib.Ali Baş Komandan bir
qrup hərbçiyə orden, medallar və qiymətli hədiyyələr təqdim
etdi.