Əlaqə Arxiv
news Image
2014.06.27
11:18
| A A A
Almaniya qalib gəldi - 1:0

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının "G" qrupunda mübarizə başa çatıb.

Movqe.az xəbər verir ki, iyunun 26-da Resife şəhərindəki "Pernambuko" stadionunda ABŞ və Almaniya yığmaları qarşılaşıblar. Özbəkistanlı baş hakim Rövşən İrmatovun idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Almaniya komandası ABŞ millisini 1:0 hesabı ilə məğlub edib.
Brazilia şəhərindəki "Nasional" stadionunda keçirilən görüşdə isə eyni qrupda mübarizə aparan Portuqaliya və Qana yığmaları görüşüblər. Bəhreynli baş hakim Navaf Şukrallanın idarə etdiyi görüşdə Portuqaliya komandası rəqibini 2:1 hesabı ilə məğlub edib.

Sizin Reklam Yeriniz