Əlaqə Arxiv
news Image
2014.06.29
20:40
| A A A
Qəbələdə 3 avtomobil qəzası: 6 nəfər xəsarət alıb
Qəbələ rayonunda 3 avtomobil qəzası baş verib, 6 nəfər xəsarət alıb.

Movqe.az APA-ya istinadən məlumatına görə, hər üç qəza Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolun 72-ci kilometrliyində Qəbələ rayonu Həmzəli kənd sakini, 1975-ci il təvəllüdlü Musayev İxtiyar Ağamoğlan oğlunun idarə etdiyi 99-GT-836 dövlət nömrə nişanlı, "Merсedes" markalı minik maşını qarşı tərəfdən gələn Mirzəbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Əzizov Asif Zahid oğluna məxsus 10-HN 146 dövlət nömrə nişanlı "VAZ 2107" markalı maşınla toqquşub.

Hadisə nəticəsində A. Əzizov və sərnişinləri - Qəbələ şəhər sakini, 1966-cı il təvəllüdlü Qasımova Sürəyya İsmayıl qızı və 1985-ci il təvəllüdlü Bayramov Valeh Səmistan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Digər avtomobil qəzası ilə yolun 91-ci kilometrliyində qeydə alınıb. Göyçay rayonu Kürdəmiş kənd sakini, 1991-ci il təvəllüdlü Bəhmənov Xəyal Fariz oğlunun idarə etdiyi 10-FP-327 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı minik maşını qarşı tərəfdən gələn Xətai rayon sakini, 1962-ci il təvəllüdlü Məhərrəmov Nail Mustafa oğlunun idarə etdiyi H012733 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı maşınla toqquşub.

Hadisə nəticəsində "VAZ 21011"-in sürücüsü xəsarət alıb.

Yolun 75-ci kilometrliyində isə Ağdaş rayonu Dəhnə kənd sakini, 1993-cü il təvəllüdlü Rəfi Həşimov idarə etdiyi 03-BG-630 dövlət nömrə nişanlı, "VAZ 2109" markalı maşınla Babək rayonu Cəhri kənd sakini, 1963-cü il təvəllüdlü Namaz Cəfərovun idarə etdiyi 90-GJ- 630 dövlət nömrə nişanlı, "Toyota" markalı maşın toqquşub.

Hadisə zamanı "VAZ 2109"-un sürücüsü Rəfi Həşimov və sərnişini, 1993-cü il təvəllüdlü Tağıyev İsrail Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Sizin Reklam Yeriniz