Əlaqə Arxiv
news Image
2014.06.30
14:09
| A A A
Azərbaycanda 3 nəfər suda boğuldu

Hər 3 fakt üzrə araşdırma aparılır

Ötən gün ərzində Azərbaycanda 3 nəfər suda boğulub. 


Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 28-də Şirvan kanalının Göyçay şəhərinin ərazisindən keçən hissəsində Zərdab rayon sakini Elnar Məmmədov çimərkən suda boğulub. 


E.Məmmədovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.


Bakı şəhər sakini Ruslan Abdullayev Quba rayonu Qırız Dəhnə kəndində Qudyalçay çayında qayıqdan yıxılaraq suda boğulub.


Şəmkir rayonu Seyfəli kəndinin ərazisində kənd sakini Elvin Gözəlov Şəmkir çayında çimərkən suda boğulub.


Hər 3 faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz