Əlaqə Arxiv
news Image
2014.07.01
17:36
| A A A
Sabahdan Həsən Əliyev küçəsinin bir hissəsi açılır, digəri altı günlük bağlanır

Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Azər Əliyev küçəsinə qədər olan hissədə aparılan təmir işləri yekunlaşıb.  Sabah səhər saatlarından orada xətlənmə işləri həyata keçiriləcək.

 

Bunu "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 Onun sözlərinə görə, yolun xətlənmə işlərindən sonra sabah gün ərzində həmin hissənin açılması gözlənilir.

 "Bundan sonra isə A. Əliyevdən küçəsindən Tbilisi prospektinə qədər olan hissəsində təmir-bərpa işləri başlayacaq. Yaxın 6 gündə həmin ərazidə işlər yekunlaşacaq", - deyə P. Mürsəliyev bildirib. 

Sizin Reklam Yeriniz