Cənubi Koreya balina ovlayacaq
Movqe.Az bildirir ki, Yaponiya kimi
Cənubi Koreya da "elmi məqsədlərlə" balina ovlamaq istədiyini
açıqlayıb. Beynəlxalq Balina ovçuluğu Komissiyasının (IWC) Panamada
edilən illik konqressinə qatılan Cənubi Koreya nümayəndə heyətinin
başçısı Qan Con Şuk, Cənubi Koreya açıqlarındakı balinaların
artdığını və bunun da kiçik balıqlara mənfi təsir olduğunu
söyləyib.
Şuk balina ovuna nə vaxt başlamaq istədiklərini və neçə balina ovlayacaqlarını yaxın zamanda açıqlayacağını bildirib.
Bu vaxt balinaların qorunması üzrə çalışan qeyri-hökumət təşkilatları Cənubi Koreyanın bu niyyətinə sərt reaksiya verib. Cənubi Koreyanın Yaponiyanın izindən getməyə çalışdığını ifadə edənlər bunun qəbul edilə bilməz olduğunu söyləyiblər.