Əlaqə Arxiv
news Image
2014.07.02
13:36
| A A A
Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb

 Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb. Bu barədə Anspress-in "qaynar xətti"nə məlumatlar verilir. 


Məlumatına görə, fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: "İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq",- deyə bürodan bildirilib.


Anspress-in qaynar xəttinə daxil olan məlumata görə, işçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunur. Şahidlər bildirib ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.


Sizin Reklam Yeriniz