Əlaqə Arxiv
news Image
2014.07.02
14:31
| A A A
DSMF elektron xidmətlərin çeşidlərini artırır

Dövlət Sosial Müdafiə Fondu Zərdabda "Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" adlı regional təqdimat keçirib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Movqe.az-a verilən məlumata görə, 11 rayonu təmsil edən sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə təşkil olunan tədbirdə Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin hər biri barədə geniş məlumat verilib.  "Elektron hökumət" portalının statistikasına əsasən, telefon nömrəsi ilə axtarış xidmətindən sonra ən çox istifadəçi sayına malik növbəti ardıcıl gələn 6 xidmət məhz Fondunun göstərdiyi elektron xidmətlərə aiddir. DSMF-nin şöbə müdiri Famil Qədimov öz çıxışında qeyd edib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 282 min nəfərədək pensiyaçı və 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən 190 "Çağrı Mərkəzi" nə zəng etməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatları www.e-gov.az saytında yerləşdirilib.  Daha sonra iştirakçıları maraqlandıran sual və təkliflərlə bağlı müzakirələr davam etdirilib. 

Sizin Reklam Yeriniz