Əlaqə Arxiv
news Image
2014.07.03
18:41
| A A A
“Azərbaycan və Əhli Beyt irsi” adlı kitab müzakirə edildi

Bu gün Dini Araşdırmalar Mərkəzi tərəfindən "Azərbaycan və Əhli Beyt irsi" adlı kitabın elmi-ictimai müzakirəsi təşkil olunub. Dini Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, kitab bir neçə ay əvvəl DİQDK-nin təşəbbüsü və dəstəyi ilə nəşr olunub, Azərbaycanda Peyğəmbər Əhli Beytinə aid maddi və mənəvi irs nümunələrinin araşdırılması, tanıdılması, milli kimliyimizə təsiri, milli mədəniyyət və tariximizdə yeri kimi mövzularda aparıcı tədqiqatçılar tərəfindən üzərində bir ilə yaxın iş aparılmış tədqiqat məqalələri toplusundan ibarətdir.

Müzakirədə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, BDU-nun İlahiyyat fakültəsinin müəllimləri, bir sıra dini icma rəhbərləri və din xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib. Kitabdakı məqalə müəlliflərinin də iştirak etdiyi müzakirələrdə çıxış edən alim və tədqiqatçılar, ictimai fəallar kitabın Azərbaycanda Peyğəmbər Əhli beyti irsinin araşdırılması istiqamətində hərtərəfli və dövlət tərəfindən dəstəklənən ilk tədqiqat işi olduğunu vurğulayıb, Azərbaycan xalqının mənəvi və mədəni tarixinin bu əlamətdar səhifələrinin daha geniş araşdırılmasının zərurətini qeyd ediblər.

"Azərbaycan və Əhli beyt irsi" kitabı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Elm və Təhsil" nəşriyyatında 2013-cü ildə sifariş edilib. Kitabın ön sözünün müəllifi DQİDK-nın keçmiş sədri Elşad İskəndərov, baş redaktoru BDU İlahiyyat fakultəsinin dekanı, akademik Vasim Məmmədəliyev, elmi rəyçisi AMEA-nın müxbir üzvü, Əlyazmalar İnstitutunun direktoru, professor Teymur Kərimlidir.

Sizin Reklam Yeriniz