Əlaqə Arxiv
news Image
2014.07.03
19:00
| A A A
Dövlət qulluğuna imtahanın nəticələri

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb. DQMK-nın mətbuat xidmətində Movqe.az-a verilən xəbərə görə, komissiya 1, 23, 30 aprel, 20 may və 13 iyun 2014-cü il tarixdə 89 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 925 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. 13 iyun tarixdə elan olunmuş müsabiqə istisna olmaqla, digər müsabiqələrdə iştirak etmək üçün Komissiyada qeydə alınmış 6540 namizədin 33,91%-ni qadın namizədlər, 75,23%-ni isə gənclər təşkil edib. Namizədlərdən 34,68%-i (2268 namizəd) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 4272 namizəddən 1298 nəfəri müsabiqənin ilk mərhələsini uğurla başa vurub. 245 namizəd isə 5-ci təsnifat inzibati vəzifə üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib. Onlardan da yalnız 99-u bu hüquqdan istifadə edib. Test imtahanı mərhələsini uğurla keçən 1298 nəfərdən 28,51%-ni qadın namizədlər, 77,97%-ni isə gənclər təşkil edib. Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır: Dövlət Sosial Müdafiə Fondu – qeydə alınmış 790 namizəddən 203 nəfəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – qeydə alınmış 407 namizəddən 70 nəfəri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – qeydə alınmış 229 namizəddən 66 nəfəri, İqtisadiyyat və Sənaye Nazirliyi – qeydə alınmış 610 namizəddən 63 nəfəri, Nəqliyyat Nazirliyi – qeydə alınmış 238 namizəddən 53 nəfəri,

Müsabiqənin müsahibə mərhələsi iyunun 12-də başlayıb. İndiyə kimi müsahibədə iştirak etmiş 131 namizəddən 43 nəfəri bu mərhələdən də uğurla keçib.

 

Elan edilmiş müsabiqənin müsahibə mərhələsi 11 dövlət orqanı üzrə başa çatıb. Komissiya tərəfindən 13 iyun tarixdə elan olunmuş müsabiqə üzrə isə qeydiyyat iyulun 14-nə kimi davam edəcək.

Sizin Reklam Yeriniz