Ukraynada yaşayan azərbaycanlılara şad xəbər
Ukraynanın televiziya və radio şirkətləri öz
kontentlərinin Azərbaycanın "Azerspace-1" peyki vasitəsilə
yayımlanmasında maraqlıdır. Bu barədə Trend-ə Azərbaycanın
telekommunikasiya bazarındakı mənbə deyib. Ukraynanın televiziya və radio şirkətləri ilə Azərbaycanın
peyk operatoru "Azərkosmos" ASC arasında əməkdaşlıq haqqında
danışıqlar 17-19 iyunda Kiyevdə keçirilmiş 20-ci Beynəlxalq
televiziya və radio yarmarkası çərçivəsində
aparılıb. ASC-nin əməkdaşları
göstərdikləri xidmətlərin təqdimatını keçiriblər. Kiyev teleportu
"Azərkosmos" ASC və Ukraynanın "Ukrkosmos" dövlət müəssisəsi
arasında əldə olunmuş razılığa əsasən "Azerspace" peyki vasitəsilə
bir sıra Ukrayna kanallarını yayımlayır. Görüş zamanı Kiyev
teleportu vasitəsilə Ukraynanın digər televiziya və radio
şirkətlərinin də "Azerspace-1" peykinin resurslarına çıxış
imkanları qeyd olunub. Qeyd edək ki,
2014-cü ilin mart ayında "Azərkosmos"ASC və "Ukrkosmos" dövlət
müəssisəsi arasında bir sıra Ukrayna telekanallarının "Azerspace-1"
peyki ilə yayımı haqqında tərəfdaşlıq sazişi
imzalanıb. Hazırda "Azerspace-1" peyki
vasitəsilə Ukraynanın 5 telekanalı yayımlanır.