Əlaqə Arxiv
news Image
2014.07.04
13:28
| A A A
Abituriyentlərə buraxılış vərəqələrinin verilməsinə başlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən imtahana buraxılış vərəqəsinin verilməsinə başlayıb. Komissiyadan Movqe.az-a verilən məlumata görə, abituriyentlər "Buraxılış vərəqə"sini almaq üçün TQDK-nın saytına daxil olmalıdırlar. Abituriyentlər bu vərəqəni almadan imtahanda iştirak edə bilməzlər. Bu qruplar üzrə qəbul imtahanı iyulun 12-də keçiriləcək. Cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 20-də olacaq. Qeyd edək ki, bu ildən başlayaraq, Azərbaycanda cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları ayrı-ayrılıqda keçirilir. Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının keçirilməsi prosesi artıq başa çatıb. 

Sizin Reklam Yeriniz