İyulun 6-ı imtahandı
İyulun 6-da SABAH qruplarına qəbul imtahanı
keçiriləcək. Movqe.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə,
imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 1- ci tədris
binasında təşkil olunacaq. Burada ölkənin 34 ali təhsil
müəssisəsinndən seçilmiş 1-ci kurs tələbələrinin iştirakı
nəzərdə tutulub. Ümumilikdə, 53 ixtisası
əhatə edən tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri
25 sual olmaqla ümumi 50 sualı 1,5 saat ərzində
cavablandırmalıdır. Hər bir test sualı 1 balla
qiymətləndirilir. Səhv cavablar düz cavabları ixtisar
etmir. İmtahanın nəticələri emal olunduqdan sonra Təhsil
Nazirliyinin rəsmi internet səhifəsində və sabah.edu.az saytında
yerləşdiriləcək. Qeyd edək ki, SABAH qruplarına daxil olmaq
üçün ərizə qəbulu mayın 12-dan iyunun 15-dək aparılıb.