Əlaqə Arxiv
news Image
2014.07.05
13:00
| A A A
“Alican” qapısı açılmayacaq
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Türkiyə ilə Ermənistan arasındakı "Alican" sərhəd keçid məntəqəsinin açılacağına dair yayılmış xəbərlər barədə açıqlama verib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə məlumat Xarici İşlər Nazirliyinin internet səhifəsində yayılıb.

Açıqlamada bildirilir ki, "Alican" sərhəd keçid məntəqəsinin açılacağı barədə iddialar həqiqəti əks etdirmir.

"Bilindiyi kimi, Türkiyə ilə Ermənistan sərhəddi 1993-cü ildə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra bağlanıb.

Həmin sərhəddin açılması sadəcə Cənubi Qafqazda geniş və davamlı bir normallaşmaya imkan verəcək inkişaf çərçivəsində gündəmə gələ biləcək. Bu məsələdə Ermənistanın bütün qonşuları ilə problemləri həll etmə iradəsi göstərməsi və bu istiqamətdə addımlar atması təyin edici olacaq".

Xatırladaq ki, ötən gün bəzi Türkiyə xəbər saytları Türkiyə ilə Ermənistan arasındakı "Alican" sərhəd keçid məntəqəsinin açılacağına dair xəbərlər yaymışdı.
Sizin Reklam Yeriniz