Əlaqə Arxiv
news Image
2014.07.05
13:10
| A A A
Fransalı azarkeşlər polislə toqquşdu
Futbol üzrə Dünya Çempionatından ayrılmaq məcburiyyətində olan Fransa yığmasının 6 azarkeşi Braziliya polisinə hücum etdi.

Rio-de-Janeyronun məşhur Marakana stadionunda Fransa-Almaniya görüşü vaxtı altı fransalı azarkeş həbs edilib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki  , azarkeşlərdən biri başından dəyənək zərbəsi alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə bir qrup Fransa azarkeşin ayrı-ayrı yelərdə bilet aldığından yerlərini dəyişmək istəməsidir. Qarşıdurma azarkeşlərdən birinin polis əməkdaşına hücum etməsi ilə başlayıb.

Qeyd edək ki, Almaniya ilə oyunu 0:1 hesabı ilə uduzan Fransa millisi DÇ-nin yarımfinalına düşməkdən məhrum oldu. Oyunda yeganə qolu Mats Xummels vurub.


Sizin Reklam Yeriniz