Əlaqə Arxiv
news Image
2014.07.05
17:34
| A A A
Sabiq mer saxlanıldı
Tiflis məhkəməsi şəhərin sabiq meri Qiqi Uqulavanın saxlanılması barədə qərar çıxarıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, sabiq mer çirkli pulların yuyulmasında təqsirli bilinir. Bundan başqa o, etirazçı qruplar təşkil edərək ictimai asayişin pozulmasında, saxta sənədlərin hazırlanması və yayılmasında ittiham olunur.

Uqulava iyulun 3-də Kişinyova gedərkən Tiflis hava limanında saxlanılıb. Sabiq mer Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında iştirak etməyə gedirmiş.

Qeyd edək ki, Qiqi Uqulava 2004-2005-ci illərdə Tiflis şəhərinin meri vəzifəsində çalışıb.
Sizin Reklam Yeriniz