Əlaqə Arxiv
news Image
2014.07.05
20:19
| A A A
Dünya Bankı: "Azərbaycanda kasıblara qayğı artmalıdır"
"Azərbaycan xüsusilə zəngin olmayan, daha dəqiq kasıb təbəqəyə qayğını artırmalıdır".

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının regional direktoru Henri Kerali deyib.

O bildirib ki, biz Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondununda Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti toplantısında bu məsələni müzakirə edəcəyik: "Açığını desək Azərbaycan öz institutlarını gücləndirməli, öz vətəndaşlarına kömək etməlidir ki, daha yaxşı təhsil və səhiyyə ilə təmin olunmaq imkanlarını inkişaf etdirsinlər".

Henri Kerali həmçinin Bakıda keçirilən bu konfransın əsas məqsədləri haqqında da danışıb:

"Bu iclasda əsas məqsəd İsveçrənin rəhbərlik etdiyi Seçki Qrupunun üzvləri ilə görüşmək və bu ölkələrlə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu arasındakı ümumi maraqları əhatə edən məsələləri müzakirə etməkdir. Bü gün müzakirə edəcəyimiz əsas mövzular odur ki, ölkələr öz iqtisadiyyatlarını necə diversifikasiya etdirə bilərlər. Biz Dünya Bankı olaraq inanırıq ki, diversifikasiya siyasəti dövlət institutlarının, təhsil, səhiyyə və sosial təminatın daxil olduğu insan resurslarının gücləndirilməsi ilə, həmçinin infrastrukturun və təbii sərvətlərin inkişafı ilə həyata keçirilməlidir. Biz müxtəlif ölkələrin təbii sərvətləri necə idarə etdiyiniə baxacağıq. Məsələn, Azərbaycan gələcək nəsillərinə xeyir vermə baxımından öz neft və qaz resurslarını necə istifadə edir ? Bu kimi sualları müzakirə edəcəyik".
Sizin Reklam Yeriniz