Əlaqə Arxiv
news Image
2014.07.06
18:01
| A A A
Həftənin ilk iş günü Azərbaycanda hava

Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək.

Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyulun 7-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gün ərzində hava əsasən yağmursuz olacaq.

Abşeron yarımadasında temperaturun gecə 21-26 dərəcə isti, gündüz 34-38 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 30-35 dərəcə isti olacaq.

Aran rayonlarında iyulun 7-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz