Oğulları batan ata və ana özlərini kanala atmaq istəyiblər
Siyəzəndə kanalda batan qardaşlardan birinin cəsədinin axtarışı
hələ də davam edir.Movqe.az xəbər verir ki , bu barədə Siyəzən
rayon icra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev məlumat
verib. O, kanalda batan 12 yaşlı Rəvan Seyfulla oğlu Zəkiyevin
cəsədinin ötən gün tapıldığını, onun qardaşı 13 yaşlı Elnur
Seyfulla oğlu Zəkiyevin cəsədinin tapılması istiqamətində hazırda
axtarış əməliyyatlarının davam etdiyini bildirdi.
"Siyəzən Rayon Fövqəladə Hallar İdarəsinin və yerli Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə cəsədin axtarışına başlanılıb. Ötən gün kanala suyun verilməsi dayandırılmışdı. Bu gün isə kanala su verilib. Bəlkə indi harasa ilişib-qalan cəsədi su yuyub üzə çıxarar".
Cəsədi tapılmayan Elnur Zəkiyevin valideynləri ötən gün özlərini həmin kanala atmaq istəyiblər. Amma onların bu niyyətlərinin qarşısı tez bir zamanda alınıb.
Qeyd edək ki, 4 iyulda axşam saat 19:30 radələrində iki azyaşlı qardaş Elnur Seyfulla oğlu Zəkiyev və Rəvan Seyfulla oğlu Zəkiyev Siyəzəndə Taxtakörpu adlanan ərazidən Ceyranbatana gedən kanalda batmışdı.