1882 - Cənubi Azərbaycanda milli hərəkat liderlərindən Seyid Cəfər Pişəvəri anadan olub
Şou-Biz Miladi: 07 iyul 2014
Hicri: 9 ramazan 1435
İlin 189-cü günü
İlin sonuna 178 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.41
Günəş - 06.17
Zöhr - 13.45
Əsr - 18.28
Məğrib – 21.30
İşa – 23.15
1828 – Emin Paşanın təslim qərarı ilə Qarsda rus işğalı başladı.
1860 — Avstriyalı bəstəkar Qustav Maler dünyaya gəlib.
1882 - Cənubi Azərbaycanda milli hərəkat liderlərindən Seyid Cəfər Pişəvəri (1882-1946) anadan olub.
1922 — Fransız modelyer Pyer Karden dünyaya gəlib.
1923 – Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilir, "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Dekreti qəbul edilir.
1929 – Mussolini Papa ilə razılığa gəldi və müstəqil Vatikan yaradıldı.
1930 — Şotland yazıçısı Artur Konan Doyl vəfat edib.
1940 — İngilis musiqiçi Rinqo Starr dünyaya gəlib.
1943 — İtalyan müğənni Toto Kutunyo anadan olub.
1978 – Sakit okeanda yerlləşən Solomon Adaları musteqilliyini elan edib.
1992 – Azərbaycan Respublikası Tailand ilə diplomatik əlaqələr qurmuşdur.
1993 – Türk şair və yazıçı Rıfat Ilgaz vəfat edib (d.1911).
1994 - Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Doğan Gürəş Azərbaycana səfərə gəlib. Prezident Heydər Əliyevlə görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq müzakirə edilib.
1994 – Şimali ve Cənubi Yəmən arasında muharibə, şimallıların qələbəsi ilə başa çatıb.
2005 – Londonda metro stansiyasında baş vermiş terör hadisəsində 54 nəfər həlak olub.