Əlaqə Arxiv
news Image
2014.07.07
15:39
| A A A
Eduard Şevardnadze vəfat edib - YENİLƏNİB

Müstəqil Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze bu gün vəfat edib.


 APA-nın xəbərinə görə, E. Şevardnadze 87 yaşında paytaxt Tbilisidə dünyasını dəyişib. Köməkçisi Marina Davitaşvili faktı təsdiqləyib: "O, uzun sürən xəstəlikdən sonra bu gün saat 12-də vəfat etdi. Mən hazırda başqa şərh verə bilmərəm".  

 

E. Şevardnadze 1928-ci il yanvarın 25-də Gürcüstanın Lançxuti rayonunda doğulub. Gürcüstan SSR-də ictimai qayda-qanunun mühafizəsi naziri, daxili işlər naziri, Gürcüstan KP MK-nın 1-ci katibi vəzifələrində çalışıb. SSRİ Kommunist Partiyası Siyasi Bürosunun üzvü olub. Sosialist Əməyi Qəhrəmanı adını alıb. Daxili xidmət general-mayoru olub. 1991-ci ildə çox qısa müddət (18 noyabr – 8 dekabr) SSRİ-nin xarici işlər naziri vəzifəsində çalışıb. 1992-ci ildə müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın devrilməsindən sonra əvvəlcə Dövlət Şurasının sədri, sonra parlamentin sədri kimi ölkəyə başçılıq edib və 1995-ci ildə prezident seçilib. 2003-cü ilin payızında "qızılgül inqilabı" nəticəsində istefa verib. 

 

Hələlik E. Şevardnadzenin nə vaxt dəfn olunacağı açıqlanmayıb. 

 

Saat 13.58

 

Bakı – APA. Gürcüstanın sabiq prezidenti, görkəmli ictimai-siyasi xadim Eduard Şevardnadze vəfat edib. APA-nın xəbərinə görə, E. Şevardnadze 87 yaşında dünyasını dəyişib. 

Sizin Reklam Yeriniz