Əlaqə Arxiv
news Image
2014.07.07
11:15
| A A A
Kamal Abdulla Masallı rayonunda ziyalılar və dindarlarla görüşüb

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Masallı şəhərindəki Heydər Əliyev  Mərkəzində Masallı rayonun ziyalıları və dindarların  görüşü keçirilmişdir.


Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, 

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki,  Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri baıda olmaqla görüş  iştirakçıları ilkin olaraq ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini məhəbbətlə yad etmişlər.

Mühüm tədbiri  Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV açmışdır. RAFİL MÜƏLLİM  Kamal Abdullanı Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin olunması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi və akademik adı alması münasibətilə Masallı rayon ictimaiyyəti adından təbrik etmiş, ölkəmizin uğurları naminə ona uğurlar arzu etmiıdir.


Görüşdə etnik-dini dəyərlərin qorunmasının, Azərbaycanın multikultural, tolerant ölkə kimi dünyaya təqdim olunmasının və azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü diqqətə çatdırılmışdır.


Dövlət müşaviri Kamal Abdulla Azərbaycan Prezidentinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışmışdır.


Daha sonra qeyd olunmuşdur ki, azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər ulu öndər Heydər Əliyev tərəfindən bizə miras qalmışdır və bu prinsiplər Azərbaycan Respublikasının Prezidenti cənab   tərəfindən uğurla, müvəffəqiyyətlə davam etdirilir.


Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla tədbirdə  görüş iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.


Daha sonra Dövət müşaviri Masallı şəhərindəki cümə məscidində dindarlarla görüşmüşdür.

Görüş zamanı ölkədəki mövcud etnik-dini durumla bağlı ətraflı fikir mübadiləsi aparılmış, milli azlıq təmsilçilərinin və dini icma üzvlərinin səsləndirdikləri təkliflərin yaxın gələcəkdə reallaşdırılacaq layihələrdə nəzərə alınacağı diqqətə çatdırılmışdır.


Çıxış edənlər Azərbaycanda mövcud olan tolerantlığın, qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan dinlərarası və millətlərarası münasibətlərin dünyaya nümunə olduğunu vurğulayaraq, etnik qruplar və dini icmalar üçün yaradılan bərabər imkanlara görə dövlətimizin başçısına - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.


Sizin Reklam Yeriniz