Əlaqə Arxiv
news Image
2014.07.07
16:39
| A A A
Qəbul imtahanlarının nəticələrinin elan olunacağı vaxt açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayında Azərbaycanda bu ilin məzunları üçün ali məktəblərə keçirilən buraxılış imtahanının nəticələrinin elan olunacağı vaxtı açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, bu ilin məzunları üçün iyulun 12-də I və IV ixtisas, iyulun 20-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. İmtahandan sonra cavabların emalı aparılacaq və nəticələr 2 gündən sonra elan olunacaq. Belə ki, I və IV ixtisas qrupu üzrə iyulun 12-də keçirilən qəbul imtahanının nəticələri iyulun 14-də, II və III ixtisas qrupu üzrə iyulun 20-də keçirilən qəbul imtahanının nəticələri isə iyulun 22-də açıqlanması nəzərdə tutulub.İyulda keçiriləcək qəbul imtahanları barədə məlumat verən E.Nağızadə qeyd edib ki, imtahanlarda ümumilikdə 60 minə yaxın şagird iştirak edəcək. İyulun 12-də keçiriləcək I və IV ixtisas qrupları üzrə qəbul imtahanında bu ilin 28 955 XI sinif məzunu, iyulun 20-də imtahanda keçiriləcək II və III ixtisas qrupları üzrə qəbul imtahanında isə 31 465 nəfər imtahanı verəcək. Ali məktəblərə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı isə 10-dan az olmayan abituriyentlər buraxılacaqlar.

 

Sizin Reklam Yeriniz