Əlaqə Arxiv
news Image
2014.07.08
11:00
| A A A
Oruc tutanlar imsaqda çay içməsinlər – XƏBƏRDARLIQ

Gün ərzindəki susuzluğun və hərarətin qarşısını almaq üçün imsaqda (obaş) çoxlu çay içmək fikri səhvdir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Türkiyədəki pəhriz mütəxəssisi Zərrin Delibaş Tez deyib. Tez, oruc tutanların ramazan ayını sağlam keçirmələri üçün sahurda qəbul etdikləri qidalara diqqət etməli olduqlarını vurğulayıb:

"Sahur vaxtı ağır yeməklərdən imtina etmək lazımdır. Əks təqdirdə bədən öz müqavimətini itirər, bağırsaqların fəallığı azalar mədə problemləri özünü göstərər. Bu səbəbdən də yüngül qidalar qəbul etmək lazımdır. İmsaqda əsasən göyərti və sulu yeməklər yemək məsləhətdir. Gün ərzində meydana gələcək susuzluğu və hərarəti azaltmaq üçün çay içmək fikri isə səhvdir. Çayın tərkibində çox miqdarda sodium var. Bu, insanın gün ərzində susamasına səbəb olur".

Çayın tez-tez ayaqyoluna getmək ehtiyacı yaratdığını deyən mütəxəssis bildirir ki, bu vəziyyət bədənin mineral və vitamin tarazlığını pozur.

"İnsanda bədənin ehtiyacı olan mayenin vücudda qalmasını təmin edən "ADH" hormonu var. Çay bu hormona təzyiq göstərir və çaydan sonra ayaqyolu ehtiyacı da bu səbəbdən yaranır. Bədənin ehtiyacı olan mayenin çay içdikdən sonra ifraz edilməsi mineral və vitamin itkisini də sürətləndirir. Bu səbəbdən də sahurda çay içmək fikri səhvdir".

Oruc tutacaq insanın sahurda su və sulu qidalar qəbul etməli olduğunu deyən Tez yaşıl bibər, cəfəri və s. bu kimi təbi qidaların da faydalı ola biləcəyini qeyd edib.


Sizin Reklam Yeriniz