Əlaqə Arxiv
news Image
2014.07.08
18:17
| A A A
Azercell bu dəfə Oğuz-Şəki-Qax-Zaqatala bölgəsindəki abunəçilərini sevindirdi(R)

Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində abunəçiləri üçün hazırladığı kampaniyaları davam erdirir. Şirkət bu dəfə Oğuz-Şəki-Qax-Zaqatala bölgəsindəki  abunəçilərini sevindirdi. Belə ki, Azercell 05.07.2014 – 15.12.2014 tarixlərində Oğuz-Şəki-Qax-Zaqatala bölgəsində "050-ni al, 051 əkizi pulsuz!" adlı xüsusi kampaniyaya start verir. "050-ni al,051 əkizi pulsuz ! " kampaniyasına əsasən  abunəçilər qeyd olunan rayonlarda yerləşən Azercell Ekspres və diller dükanlarına baş çəkib, seçimlərinə uyğun 050 prefiksli nömrə alarkən, eyni nömrənin 051 prefiksini hədiyyə olaraq əldə edəcəklər. Kampaniya çərçivəsində əkiz nömrələr öz aralarında xüsusi tarif, dəqiqəsi 0,01 AZN qiymətlə, digər nömrələrlə isə  "Bölgə" tarif paketinin qiymətlərinə uyğun olaraq danışacaqlar.

 

Qeyd edək ki, Azercell  müxtəlif müştəri qrupları üçün davamlı olaraq onların istəyinə uyğun xüsusi kampaniyalar həyata keçirməkdədir. Məlumat üçün bildirək ki, bolgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində Azercell tərəfindən regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar təklif olunub. Gəncə, Lerik, Masallı və Cəlilabadda Azercell abunəçiləri üçün xüsusi kampaniyalar keçirilib, tarif paketləri istifadəyə verilib.  Onların arasında ən populyarı isə bir il əvvəl istifadəyə verilmiş 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqlar üçün pulsuz, bütün istiqamətlərdə isə 5 qəpik tarifi ilə danışmağa imkan verən "Bolge" tarifidir.

 

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar və sərfəli tariflər təqdim edəcəkdir.

Sizin Reklam Yeriniz