Əlaqə Arxiv
news Image
2014.07.08
18:25
| A A A
Şəkidə yol qəzası: 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Şəkidə ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Şəki-Qax yolunun 20-ci kilometrliyində, rayonun Baş Layskı kəndi ərazisində qeydə alınıb.


Şəki rayon sakini, 1967-ci il təvəllüdlü Bəhram Bayram oğlu Bayramovun idarə etdiyi "VAZ-2107" markalı, 22 BA 819 dövlət nömrə nişanlı avtomobil Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Səxavət Əli oğlu Məmmədhəsənovun idarə etdiyi "VAZ-2106" markalı, 10 XK 534 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

 

Nəticədə "VAZ-2106"-nın sürücüsü və sərnişinləri, Şəki rayon sakinləri - 1983-cü il təvəllüdlü Abdurəhmanov Sadiq Akif oğlu, 1984-cü il təvəllüdlü Yusifov Ruslan Mixail oğlu, həmçinin "VAZ-2107"-nin sərnişini, 1985-ci il təvəllüdlü Əbdürrəhmanov Xəyal Ağası oğlu aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. "VAZ-2107"-nin sürücüsü Bayramov Bəhram Bayram oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz