Mehriban Əliyeva Kann şəhərinin meri ilə görüşdü- FOTOLAR
İyulun 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnardla
görüşüb.Görüşdə Kann şəhərinin meri artıq ikinci ildir ki,
Azərbaycanın Kannda möhtəşəm tədbirlər keçirdiyini bildirib, ötən
ilkindən fərqli olaraq bu dəfə ölkəmizin idman tədbirlərinə
üstünlük verdiyini söyləyib. O, qeyd edib ki, bu da Kann şəhərinin
inkişaf məqsədləri ilə üst-üstə düşür.Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva ölkəmizin öz mədəni dəyərlərini Kann şəhərində
təqdim etməkdən şad olduğunu bildirib.
Builki proqramda idmanla bağlı tədbirə geniş yer verildiyini vurğulayan Mehriban Əliyeva bunun 2015-ci ilin yayında ilk Avropa oyunlarının Bakıda keçiriləcəyindən irəli gəldiyini diqqətə çatdırıb.
Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.