Əlaqə Arxiv
news Image
2014.07.10
12:23
| A A A
Səlim Müslümovun Qubadakı qəbulunun vaxtı dəyişdirilib

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Quba rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, iyulun 25-dən iyulun 21-nə keçirilib.

 

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.

 

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (023)335-39-79 (Quba rayon ƏSMM), (023) 385-25-43 (Qusar rayon ƏSMM), (023) 325-34-11 (Xaçmaz rayon ƏSMM), (023) 353-27-92 (Şabran rayon ƏSMM) və (023) 304-06-34 (Siyəzən rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

 

Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Quba rayonuna aparılıb gətirilmələri təmin ediləcəkdir.

Sizin Reklam Yeriniz